Menu

"Coca-Cola"nın direktorunu Azərbaycan vətəndaşı öldürüb?

03.12.2014, 17:06
"Coca-Cola"nın direktorunu Azərbaycan vətəndaşı öldürüb?

Rusiyanın Sankt-Peterburq şəhərinin Frunze rayonunda noyabrın 28-də yoxa çıxmış “Coca-Cola” top-menecerinin cəsədi tapılıb.

 Rusiya hüquq-mühafizə orqanlarının yaydığı məlumata görə, “Coca-Cola ABC Eurasia” şirkətinin top-meneceri olan Dmitri Soşnevin əldəqayırma odlu silahla qətlə yetirildiyi məlum olub.

İstintaq D.Soşnevi qətlə yetirən şəxsləri də isti izlərlə müəyyən edib. Bunlar 28 yaşlı Azərbaycan vətəndaşı Denis Çxituari və əvvəllər qətl törətməyə görə həbsdə olan 46 yaşlı Vyaçeslav Finoqnevdir.

“LifeNews” kanalının xəbərinə görə, qətlin hansı zəmində törədildiyi də məlum olub. Xəbərə görə, Soşnev uzun müddətdir narkotik asılılığından əziyyət çəkirmiş, narkotik maddəni isə müntəzəm olaraq Çxituari və Finoqnevdən alırmış.

Biznesmen noyabrın 28-də növbəti partiyanı almaq üçün narkodilerlərlə görüşə gedəndə onlar imkanlı müştərini qətlə yetirməyi və pullarını ələ keçirməyi düşünüblər. Bu zaman Soşnevlə narkodilerlər arasında dava olub. Amerika şirkətinin top-meneceri əldəqayırma odlu silahdan açılan atəşlə öldürülüb. Cinayətkarlar onun cibindəki və portfelindəki pulları alıblar. Bundan sonra biznesmenin cəsədini gizlədib və hadisə yerindən qaçıblar.

Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq üzrə baş istintaq idarəsindən verilən məlumata görə Soşnev çoxdandır həmin narkodilerlərin müştərisi olub. Lakin narkodilerlər onun imkanlı olduğunu bilsələr də harada işlədiyindən xəbərsiz olublar.

D.Soşnevin yoxa çıxmasından sonra onun anası hüquq-mühafizə orqanlarına məlumat verib. Bildirib ki, oğlunun üstündə iri məbləğdə pul olub.

Məlumata görə, top-meneceri güllələyən Finoqeonovdur. O və cinayət ortağı Soşnevin cibindən 150 min rubl pulu və “BMW” markalı avtomobilini götürüblər. Sonradan maşını 1 milyon rubla satmağa cəhd ediblər.

Narkodilerlərin ifadəsi əsasında Soşnevin cəsədinin gizlədildiyi yer aşkar olunub, onlara qətl və soyğunçuluq maddələri üzrə ittiham elan edilməsi gözlənilir.


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol