Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Niderland hakimiyyətinə çağırış edib.
"Report" xəbər verir ki, bununla bağlı XİN sosial şəbəkə hesablarında paylaşım edib.
"Tanınmış iqlim fəalı Qreta Tunberqin Haaqada dinc nümayiş zamanı saxlanılmasından narahatıq. COP29-un sədri kimi biz Niderland hakimiyyətini iqlim etirazçılarının ifadə azadlığına hörmət etməyə və saxlanılanları azad etməyə çağırırıq", - paylaşımda deyilir.


Şərhlər
Dünya tərsinə fırlanır ? Yoxsa ölkəmiz insan haqları uğrunda mübarizəyə başlayıb ,bizim xəbərimiz yoxdur ?XİN-nin sözcüsü Mariya Zaxarova bu paylaşıma icazə veribsə deməli dünən alkaşlıqla məşğul olub ,fikir verməyib
Qreta Tunberq Bakıda da Haaqadakı kimi icazəsiz aksiya keçirsəydi, tutub çoxdan Qorotdelə aparmışdınız)) Siz edə bilərsiz, amma Hollandiya yox?