Menu

"Rusiyanı razı salmaq qalır" - Budanov Papanın “hamını hamıya” mübadiləsi ideyasını dəstəkləyir

07.04.2024, 18:13
"Rusiyanı razı salmaq qalır" - Budanov Papanın “hamını hamıya” mübadiləsi ideyasını dəstəkləyir

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi general-leytenant Kirilo Budanov Roma Papası Fransiskin Ukrayna və Rusiya Federasiyası arasında “hamını hamıya” prinsipi ilə əsirlərin mübadiləsi təşəbbüsünü dəstəkləyir, lakin Rusiyanın bunda maraqlı olmadığına düşünür.

“Report” xəbər verir ki, bu barədə hərbi kəşfiyyat rəisi ARD telekanalına müsahibəsində deyib.

“Mən bunu tam dəstəkləyirəm. Gəlin bunu edək. Yalnız bir kiçik şey qalıb: Rusiyanı razı salmaq”, – Budanov vurğulayıb.

Telekanal xatırladır ki, Budanov Ukrayna tərəfində hərbi əsirlərin mübadiləsində iştirak edir. İndi o, Rusiya tərəfində belə bir hərəkətə maraq görmür.

Budanov onu da bildirib ki, Türkiyə artıq əsirlərin mübadiləsində mərkəzi vasitəçi deyil, bu, Birləşmiş Ərəb Əmirlikləridir.

Xatırladaq ki, daha öncə Papa I Fransisk Pasxa müraciətində Ukrayna və Rusiya arasında bütün əsirlərin ümumi mübadiləsinin lehinə çıxış edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol