Menu

Ağalarovun işçisinə cinayət işi açıldı - "Crocus-Siti'-də baş verən yanğına görə təqsirləndirilir

07.04.2024, 18:40
Ağalarovun işçisinə cinayət işi açıldı - "Crocus-Siti'-də baş verən yanğına görə təqsirləndirilir

Rusiya İstintaq Komitəsi “Crocus Siti Holl”- da törədilən terror aktından sonra konsert zalının yanğın təhlükəsizliyinə cavabdeh olan şəxsə qarşı səhlənkarlıq maddəsi ilə cinayət işi açıb.

"AzPolitika" xəbər verir ki, bu barədə TASS hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verir.

““Crocus”-da yanğın təhlükəsizliyinə cavabdeh olan şəxsə, həmçinin “Crocus”-da yanğınsöndürmə briqadasının rəhbərinə qarşı Rusiya Cinayət Məcəlləsinin 293 (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb”, – agentliyin həmsöhbəti bildirib.

Bu iki nəfər yaşayış yerini tərk edə bilməz.

TASS istintaqla bağlı hər hansı şərh ala bilməyib.

"Azpolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol