Menu

"Livepul" "Mançester Yunayted"lə heç-heçə edib

07.04.2024, 21:49
"Livepul" "Mançester Yunayted"lə heç-heçə edib

İngiltərə Premyer Liqasında 32-ci turun oyunları keçirilir.

QOL.az xəbər verir ki, bu gün turun mərkəzi matçında lider "Liverpul" "Mançester Yunayted"in qonağı olub. Görüş 2:2 hesablı bərabərliklə başa çatıb.

"Mançester Yunayted" - "Liverpul" - 2:2
Qollar: Bruno Fernandeş, 50, Kobbi Meynu, 67 - Luis Dias, 23, Məhəmməd Salah, 84-pen.

Bu xal itkisindən sonra "Liverpul" liderliyi əldən verib. "Qırmızılar" 71 xalla 2-cidir. "Arsenal" isə eyni xalla liderdir. 49 xalı olan "Mançester Yunayted" 6-cı yerdədir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol