Menu

Maska qarşı cinayət işi açılıb

08.04.2024, 13:25
Maska qarşı cinayət işi açılıb

Braziliya məhkəməsi tanınmış milyarder İlon Maska qarşı cinayət işi açıb. “AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, milyarder, Brazilyada hakimin qadağan etdiyi bir çox X sosial media hesablarına girişi bərpa etmək qərarına gəldikdən sonra məhkəmə onu ədalətə mane olmaqda ittiham edir.

Braziliyanın Ali Məhkəməsi milyarderlə X sosial şəbəkəsinə görə münaqişəsi fonunda İlon Maskın ədalət mühakiməsinə mane olması ilə bağlı araşdırmaya başlayıb. Məhkəmənin açıqladığı sənəddə milyarderin dezinformasiya kampaniyası başlatdığı və X-in ictimai rəyə qeyri-qanuni təsir göstərmək üçün iqtisadi imkanlarından sui-istifadə etdiyi bildirilir.

Bu addımlar Maskın Braziliyada bəzi X hesablarına qoyulan məhdudiyyətlərlə bağlı məhkəmə qərarlarına əməl etməyəcəyini deməsindən sonra baş verib.

Milyarder Braziliyanın Ali Məhkəməsinin hakimi Alexandre de Moraesi tənqid edərək, onu konstitusiyaya qarşı xəyanətdə ittiham edib və impiçmentə çağırıb.

Mask həmçinin bildirib ki, Braziliya məhkəməsi onu bütün ölkə ərazisində X sosial şəbəkəsinə girişi bloklamaqla hədələyir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol