Menu

Paşinyan bu dəfə Qərbi günahlandırmağa hazırlaşır – Təhülkəsizlik qarantiyası istəyir, amma...

08.04.2024, 15:12
Paşinyan bu dəfə Qərbi günahlandırmağa hazırlaşır – Təhülkəsizlik qarantiyası istəyir, amma...

Avropa Parlamentinin müxtəlif fraksiyalarından olan 24 deputatdan ibarət qrup Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və ABŞ dövlət katibi Antoni Blinkeni Ermənistanın təhlükəsizliyini təmin etməyə çağırıb.

“AzPolitika” xəbər verir ki, bu barədə Avropa Parlamentinin Təhlükəsizlik və Müdafiə Alt Komitəsinin Fransadan olan sədri, ermənipərəst Natali Loiseau “X” mirobloqunda yazıb. O, iddia edib ki, Ermənistan Azərbaycan tərəfindən təhdid edilir və ona yubanmadan təhlükəsizlik qarantiyaları verilməlidir.

“Azərbaycan Ermənistanı uydurma təxribatlarda ittiham edərək ona qarşı döyüşkən ritorikasını nümayiş etdirməkdən əl çəkmir. Eyni zamanda, Rusiya Ermənistanı Avropaya yönəldiyinə görə cəzalandırmaq üçün səbəb axtarır. Biz demokratiyaya təhdidlərə reaksiyasız qala bilmərik və əminik ki, Ermənistan qonşuları ilə sülh şəraitində yaşamaq və öz yolunu seçməkdən başqa heç nə axtarmır”, - məktubda qeyd edilir.

Qeyd edək ki, Ermənistan bundan əvvəl də ABŞ və Aİ-dən təhlükəsizlik qarantiyası istəsə də, Vaşinqton və Brüssel bu dəstəyi verməkdən imtina edib. Hər iki tərəf imtinanın səbəbi kimi Qərbin regionda məhdud imkanlarını göstəriblər.

Natali Loiseaunun müraciəti 5 aprel sammitinin gözlənilən nəticələrinin olmaması ilə də bağlı ola bilər. Məlumdur ki, erməni cəmiyyəti Bresseldə verilən bəyanatlardan məyus olub və Rusiya tərəfindən güclənən təzyiqlərdən əndişəyə düşüb. Görünür, Paşinyan hökuməti vəziyyətin getikcə dalana dirəndiyini başa düşür və növbəti uğursuzluğun məsuliyyətini bu dəfə Qərbin boynuna qoymaq niyyətindədir. Məsələn, “Qərb bizə təhlükəsizlik qarantiyası vermədiyinə görə Avrointeqrasiya kursunu davam etdirə bilmədik” kimi...

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol