Menu

Vaşinqton Yaxın Şərqdəki ABŞ qüvvələri ilə bağlı Tehrana xəbərdarlıq edib

09.04.2024, 00:04
Vaşinqton Yaxın Şərqdəki ABŞ qüvvələri ilə bağlı Tehrana xəbərdarlıq edib

ABŞ İsrailin Dəməşqə hücumundan sonra İrana Yaxın Şərqdəki Amerika qüvvələrinə hücum etməməsi ilə bağlı xəbərdarlıq edib.

“Report” xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller növbəti brifinqdə deyib.

“Biz İran hökumətinə açıq şəkildə bildirdik ki, onlar bu hadisədən ABŞ qoşunlarına və ya bizim bölgədəki aktivlərə hücum etmək üçün bəhanə kimi istifadə etməsinlər. Və biz onlara izah etməyə davam edəcəyik ki, vəziyyəti gərginləşdirmək üçün heç bir addım atmamalıdırlar. Oktyabrın 7-dən etibarən eskalasiya riskindən narahatıq. Və eskalasiya riskini azaltmağa çalışmaq üçün daim diplomatiya ilə məşğul olduğumuzu görmüsünüz”, - deyə o qeyd edib.

Şərhlər

dadaşyev 2024-04-09 00:30:14

Bu adamın sifətindəki qəribə ifadə məndə həmişə belə təəssürat yaradır ki,sanki bu dal ayaqları üstə qalxıb danışa bilən və adam boyda olan insanabənzər naməlum tarakan növüdür.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol