Menu

Rusiya Qazaxıstandan benzin istəyir - PUA zərbələri Moskvanı çətin duruma salıb

09.04.2024, 10:39
Rusiya Qazaxıstandan benzin istəyir - PUA zərbələri Moskvanı çətin duruma salıb

Rusiya hakimiyyəti Ukraynanın hücumları səbəbindən çatışmazlıq yaranacağı təqdirdə Qazaxıstandan onun üçün benzin tədarük etməsini istəyib.

“AzPolitika” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Nəşrin mənbələri qeyd edir ki, Rusiya Qazaxıstandan neft emalı zavodlarına davamlı PUA hücumları səbəbindən ölkədə çatışmazlıq yaranarsa, Rusiya Federasiyasına çatdırılmağa hazır olan 100 min ton həcmində təcili benzin ehtiyatı yaratmağı xahiş edib.

Eyni zamanda, Belarus artıq Rusiyaya yardım kimi benzin tədarük etməyə razılıq verib.

“Reuters” yazır ki, martın sonuna olan məlumata görə, dron hücumları Rusiyanın əsas neft emalı potensialının təxminən 14%-ni sıradan çıxarıb. İndiyə qədər Rusiya Federasiyası bəyan edirdi ki, daxili yanacaq bazarlarında vəziyyət sabitdir və ehtiyatlar kifayət qədər böyükdür.

Rusiya kəskin yanacaq qıtlığının qarşısını almaq üçün martın 1-dən altı ay müddətinə benzin ixracına qadağa qoyub.

Ancaq Qazaxıstan da humanitar məqsədlər istisna olmaqla, ilin sonuna qədər yanacaq ixracını məhdudlaşdırıb.

Xatırladaq ki, ilin əvvəlindən Rusiyanın 13 neftayırma zavoduna hücum edilib. Onu da qeyd edək ki, ABŞ Ukraynanı Rusiyanın enerji infrastrukturuna hücumları dayandırmağa çağırıb, çünki neft emalı zavodlarına PUA zərbələri guya dünyada neft qiymətlərinin artmasına səbəb ola bilər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol