Menu

ABŞ Ukraynanın NATO-ya daxil olma şərtlərini açıqlayıb

09.04.2024, 10:48
ABŞ Ukraynanın NATO-ya daxil olma şərtlərini açıqlayıb

Ukrayna yalnız Rusiya ilə olan müharibə başa çatdıqdan sonra NATO-ya üzv ola bilər.

“AzPolitika” xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

Ukraynanın NATO-ya daxil olması üçün vaxt cədvəli ilə bağlı hər hansı müzakirənin olub-olmadığına dair suala Miller belə cavab verib: “Cədvəlin təsdiqlənməsi ilə bağlı heç nə dəyişməyib. Bu, hələ də müharibənin bitməsindən asılıdır. Nəticədə, bu, münaqişə bitdikdən sonra irəliləyəcək bir prosesdir”.

Eyni zamanda o, qeyd edib ki, Vaşinqton bu məsələ ilə bağlı öz mövqeyini bildirib və bu, dəyişməz olaraq qalır.

“AzPolitika.info”

Şərhlər

dadaşyev 2024-04-09 12:48:28

Yəni ya tam qələbəyə qədər vuruşaraq müharibəni bitirin,ya da Krımı-Donbası Rusiyaya verməklə müharibəni bitirin.Onlar üçün fərqi yoxdur yəni.Burada bir əmma var:"qələbəyə qədər vuruşammazsınız,çünki silah və pul verməyəcəyik,demək,əgər NATO-ya üzv olmaq istəyirsinizsə torpaqlarınızı verərək müharibəni bitirin" demək istəyirik,amma utanırıq,çünki sizi bu oda biz salmışıq.Özünüz anlayın da,görün neynirsiz?Onsuz da silah verməsək Rusiya zorla alacaq istədiyini,Rusiya isə ondan da artığını ala bilər haa,Kiyevə qədər də gələ bilər..Ondansa könüllü sülhə gəlin ki,vaxtında sizi NATO-ya alaq.Vəssalam.Özünüz bilin.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol