30 Noyabr 2014-cü il tarixinə Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarının həcmi 14 milyard 996.3 milyon dollara çatıb.
“Marja” Mərkəzi Banka istinadən xəbər verir ki, valyuta ehtiyatları oktyabr ayı ilə müqayisədə 37,3 milyon dollar azalıb. Bankın valyuta ehtiyatları 31 oktyabrda 15 milyard 33.6 milyon dollara təşkil etmişdi.
Bu ilin əvvəlindən ötən 11 ay ərzində Mərkəzi Bankın valyuta ehtiyatları 844,3 milyon dollar və ya təxminən 6% artıb. Müqayisə üçün bildirək ki, 2013-cü ilin 11 ayı ərzində Bankın valyuta ehtiyatları 2 milyard 47,7 milyon dollar və ya 17,5% artmışdı. Ötən ilin eyni dövrü ilə müqayisədə valyuta ehtiyatlarının artım dinamikası 2,4 dəfə aşağı düşüb.


Şərhlər