ABŞ hökuməti aprelin 4-də İran İnqilab Keşikçiləri Korpusundan (SEPAH) ələ keçirdiyi silah-sursatlar Ukraynaya verib.
"AzPolitika" xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.
Məlumata görə, sözügedən İran silahları, o cümlədən 5000 "kalaşnikov" avtomatı, pulemyot, snayper, "RPG-7s", 500 mindən çox patron 2021-2023-cü illər arasında Yəmən husilərinə ötürmək niyyətində olan SEPAH-a məxsus 4 gəmidən ələ keçirilib.
"AzPolitika.info"


Şərhlər