İsrail aviasiyasının Qəzzaya aviazərbələri nəticəsində HAMAS lideri İsmail Haniyənin üç oğlu həlak olub.
APA-nın "Israel Hayom" nəşrinə istinadən xəbərinə görə, bu barədə məlumat artıq təsdiqlənib.
Lakin əməliyyatın təfərrüatları açıqlanmır.
Bu arada, İsrail hökuməti ABŞ-nin planına uyğun olaraq, 150 min fələstinlinin Qəzzanın şimalına qayıtmasına razılıq verib.


Şərhlər
Allah rehmet eylesin bu menasız ve yerslz verilen qurbanlara
İranın fitvasıyla İsrailə hücum etməyinin acı nəticələrini görüb heç düşünürsənmi ki,necə böyük faciələrə səbəb olmusan?Sən nə qazandın oktyabrdakı hücumdan,Qəzza xalqı nə qazandı?Tehran əmmaməliləri yenə də oturub isti yuvalarında,40 ildi İsrailə,Amerikaya necə söyüblərsə bu gün də eləcə söyməklərindədirlər.Bədbəxt günə qalanlar isə Fələstin xalqı oldu,sənin kimi İrana uyan başıboşların üzündən.