Menu

Pentaqon Yaxın Şərqə əlavə qüvvələrin göndərildiyi təsdiqləyib

13.04.2024, 00:36
Pentaqon Yaxın Şərqə əlavə qüvvələrin göndərildiyi təsdiqləyib

Birləşmiş Ştatların Müdafiə Nazirliyi Yaxın Şərqə əlavə qüvvələrin göndərildiyini təsdiqləyib.

APA xəbər verir ki, bu barədə məlumatı “TASS“ agentliyi yayıb.

“Regional çəkindirmə səylərini gücləndirmək və ABŞ-nin bölgədəki qüvvələrini qorumaq üçün regiona əlavə qüvvələr göndəririk”, - Pentaqon rəsmisi agentliyinin əməkdaşına deyib.

O, bölgəyə dəqiq neçə hərbçi və hansı qoşun növünün göndərildiyi barədə ətraflı məlumat verməkdən imtina edib.

Xatırladaq ki, aprelin 12-də “The Washington Post“ öz mənbələrinə istinadən yazıb ki, ABŞ İranın İsrailə potensial zərbəsi ilə bağlı narahatlıqlar fonunda bölgəyə əlavə gəmi və təyyarələr göndərir.

Şərhlər

dadaşyev 2024-04-13 12:33:48

İndi bildinizmi İsrail niyə İran konsulluğunu vurmalıydı?İran onu hədələsin və ABŞ da bölgəyə yeni qüvvələr göndərsin deyə.İsrail,İran və ABŞ gizlicə razılaşaraq qurublar bu hiyləgərliyi.Ona görədir ki dünən İranın raketləri İsraildə boş ərazilərə düşüb.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol