Menu

Azərbaycan millisi Paris-2024-ə vəsiqə qazandı

14.04.2024, 23:57
Azərbaycan millisi Paris-2024-ə vəsiqə qazandı

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Honqkonqda təşkil olunan Olimpiya Təsnifat turnirində növbəti oyununa çıxıb. Yığmamız finalda Polşa kollektivi ilə üz-üzə gəlib.

Rəqibinə 18:17 hesabı ilə qalib gələn komandamız Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Beləliklə, ölkəmiz ilk dəfə komanda idman növündə olimpiadada təmsil olunacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol