“İrəvan və Astana fəal birgə işləmək və sülh prosesində iştirak etmək barədə razılığa gəliblər”.
“AzPolitika” xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu gün İrəvanda bəyan edib. O, Ermənistan və Azərbaycanın sülh sazişi bağlamaq cəhdini alqışladıqlarını vurğulayıb.
"Qazaxıstan burada maksimum yardım göstərməyə, iki ölkə arasında danışıqlar üçün öz platformasını təqdim etməyə hazırdır", - deyən Tokayev əsas məqsədin iki ölkəni daha da yaxınlaşdırmaq olduğunu vurğulayıb.
Brifinqdə Ermənistanın Baş nazir Nikol Paşinyan bildirib ki, Cənubi Qafqazda təhlükəsizlik və sabitliyin təmin edilməsi ilə bağlı vəziyyəti müzakirə ediblər.
Paşinyan “Sülh yollarının kəsişməsi” layihəsini Tokayevə təqdim edərək qeyd edib ki, onun həyata keçirilməsi regionda vəziyyəti kökündən dəyişə bilər.
Tərəflər iqtisadi və investisiya əməkdaşlığı məsələlərini də müzakirə edərək, ixrac və idxal məhsullarının siyahısının artırılmasının vacibliyini vurğulayıblar.
“AzPolitika.info”


Şərhlər