İqlim dəyişikliyi yarım milyondan çox insanın ölümünə səbəb olub.
“AzPolitika” xəbər verir ki, bu barədə Amerika Nevrologiya Akademiyasının araşdırmasında deyilir.
“Neurology” jurnalında dərc olunan araşdırma materialında bildirilir ki, tədqiqat 204 ölkə və ərazidə son 30 ili əhatə edən sağlamlıq qeydləri əsasında aparılıb. Məlumata görə, təkcə 2019-cu ildə iqlim dəyişikliyi səbəbindən 521 min 31 insan həyatını itirib.
Alimlərin fikrincə, qlobal istiləşmə meşə yanğınları, quraqlıq və sel kimi təbii fəlakətlərinin sayını həm artırır, həm də şiddətləndirir.
“AzPolitika.info”


Şərhlər