İsrail ordusunun Fitr bayramında təşkil etdiyi hücumda yaralanan HƏMAS rəhbəri İsmayıl Haniyənin nəvəsi Mələk Haniyə müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, azyaşlının həyatını xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, aprelin 10-da İsrail ordusu Haniyənin ailə üzvlərinin olduğu avtomobili vurub. Hücum zamanı HƏMAS liderinin 3 oğlu və 4 nəvəsi həlak olub.
“AzPolitika.info”


Şərhlər