Bu gün Gürcüstan parlamentində “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin müzakirəsi zamanı bəzi deputatlar arasında qarşıdurma yaşanıb.
“AzPolitika” xəbər verir ki, “Vətəndaşlar” partiyasının rəhbəri Eliko Elisaşvili hakim “Gürcü arzusu” fraksiyasının rəhbəri deputat Mamuka Mdinaradzeyə hücum edib. Elisaşvili Mdinaredzenin üzünə yumruq zərbəsi endirib və digər deputatların davaya qarışması ilə məsələ daha da böyüyüb.
Elisaşvili qarşıdurmanın ardından “Yumruğumu Mdinaradzenin rus üzünə vurdum",-deyə açıqlama verib.
Qeyd edək ki, sözügedən qanun layihəsi ilk dəfə 2023-cü ilin fevralında parlamentə təqdim edilib. Lakin Prezident Salome Zurabişvili, eləcə də ABŞ Dövlət Departamenti, Gürcüstanın digər beynəlxalq tərəfdaşları qanun layihəsinin ölkədə söz və mətbuat azadlığını məhdudlaşdıracağını, QHT nümayəndələrini “xarici agent” kimi damğalayacağını bəyan edərək “Gürcü Arzusu”nu qanun layihəsindən imtina etməyə çağırıb.
“AzPolitika.info”


Şərhlər