Hərbi-sənaye kompleksinə cəlb olunan yerli şirkətlər Ermənistan Müdafiə Nazirliyindən 122 milyard dram (300 milyon dollardan çox - red.) məbləğində sifarişlər alıb.
“AzPolitika” erməni mediasına istinadla xəbər verir ki, bu barədə aprelin 15-də mətbuat konfransında Ermənistanın yüksək texnoloji sənaye naziri Mxitar Ayrapetyan bildirib.
“İlin sonuna qədər bu rəqəmin 191 milyard drama (477 milyon dollardan çox - red.) çatacağını gözləyirik. 25 şirkət Müdafiə Nazirliyindən sifariş alıb. İlin sonuna qədər bu rəqəmin 29-a yüksələcəyini gözləyirik”, - o əlavə edib.
Nazir bildirib ki, hazırda 3 il müddətinə 46 saziş imzalanıb. Ayrapetyan qeyd edib ki, Ermənistanın Hərbi-Sənaye Komitəsinin məqsədi şirkətlər üçün cəlbedici şərait yaratmaqdır.
“AzPolitika.info”


Şərhlər