ABŞ və İsrailin müdafiə nazirləri İranın İsrailə aviazərbələrinin nəticələrini müzakirə edib.
APA-nın xəbərinə görə, bu barədə Pentaqon məlumat yayıb.
Bildirilib ki, Yoav Qallant və Lloyd Ostin regional sabitliyin təminatı üçün əməkdaşlığın vacibliyinə diqqət çəkiblər.
Pentaqon rəhbəri ölkəsinin İsrailin özünümüdafiə hüququnu tanıdığını bəyan edib.


Şərhlər
Bəs özünümüdafiə hüququnu tanıdığı İsrailin öldürdüyü 35 min fələstinlinin,15 minə qədər öldürülmüş uşağın yaşamaq hüququnun olmağından necə?Şübhəsi varmı?O əl boyda uşaqlar hücum etmişdilərmi İsrailə ki,onlardan qorunmaq üçün özünü müdafiə edərək öldürülmüşdür onları İsrail?