Menu

“Putin üçün qələbə Ukraynanı məhv etməkdir”- Zelenski

16.04.2024, 14:59
“Putin üçün qələbə Ukraynanı məhv etməkdir”- Zelenski

Rusiya müharibənin sona çatması üçün danışıqlar aparmaq istəmir, çünki məqsəd Ukraynanı məhv etməkdir.

“AzPolitika” xəbər verir ki, bunu Ukrayna lideri Volodimir Zelenski “PBS NewsHour” telekanalına müsahibəsində deyib.

Zelenski vurğulayıb ki, Rusiya bütün ukraynalıları məhv etmək istəyir.

“Bu gün Rusiya heç bir danışıq aparmaq istəmir. Ona görə də müharibənin ədalətli sülhlə bitməsini istəyən bir ölkə kimi təşəbbüs Ukraynadan gəlməlidir. Həqiqətən sülh istəyənlərlə danışıqlara hazırıq. Ancaq Vladimir Putin danışıqların aparılmasını istəmir və o, danışıqlar prosesində maraqlı deyil. Çünki bu, onun üçün qələbə demək deyil. Putin üçün qələbə Ukraynanı məhv etməkdir”,-deyə o qeyd edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol