Menu

OPEC prezidenti: “Kartel hazırda çətin dövrünü yaşayır”

04.12.2014, 09:01
OPEC prezidenti: “Kartel hazırda çətin dövrünü yaşayır”

Dünya bazarında neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) hazırda çətin dövrünü yaşayır.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Nigeriyanın neft naziri, eyni zamanda, OPEC-in prezidenti Diezani Elison-Madueke bildirib.

“Bu, həqiqətən də həm OPEC, həm də bütün neft hasilatçıları üçün mürəkkəb bir dövrdür”, deyə o bildirib.

Dekabrın 3-də Brent markalı neftin qiyməti 70 dollardan aşağı həddə düşüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol