Menu

ABŞ Yaxın Şərqdə raket əleyhinə müdafiə və HMM sistemlərini gücləndirir

17.04.2024, 09:41
ABŞ Yaxın Şərqdə raket əleyhinə müdafiə və HMM sistemlərini gücləndirir

Vaşinqton İranın İsrailə hücumundan sonra Yaxın Şərq regionunda raketdən müdafiə və hava hücumundan müdafiə sistemlərini genişləndirmək və gücləndirmək üzərində işləyir.

“Report” xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirib.

Onun sözlərinə görə, ABŞ-ın İrana qarşı hazırladığı yeni sanksiyalarla yanaşı, Pentaqon və Silahlı Qüvvələrin Mərkəzi Komandanlığı (CENTCOM) inteqrasiya olunmuş raketdən müdafiə və hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi və genişləndirilməsi üzərində işləyir.

Bundan əlavə, Yaxın Şərqdə yerləşən erkən xəbərdarlıq sistemləri gücləndirilir. Ceyk Sallivan əlavə edib ki, atılacaq addımlar İran raketlərinin və pilotsuz uçuş aparatlarının effektivliyinin daha da azalmasına səbəb olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol