Menu

CHP lideri AŞPA-da Azərbaycana dəstək verib

17.04.2024, 22:34
CHP lideri AŞPA-da Azərbaycana dəstək verib

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycana dəstək verib.

APA xəbər verir ki, CHP lideri çıxışı zamanı bildirib ki, Azərbaycanla bağlı proses qısa zamanda həll olunmalıdır.

Onun sözlərinə görə, Azərbaycanla bağlı yaşanan hadisə təəssüf doğurur.

"Biz Şuranın ortaq dəyərlərini müdafiə edirik, lakin Azərbaycanla bağlı yaşanan hadisə hər iki tərəf üçün ibrətamizdir. Və bundan sonra münasibətlərin yenidən təsis edilməsi, bizim üçün çox önəmli olan Azərbaycanla Şura arasında hər cür məsuliyyəti üzərimizə götürməyə hazırıq", - partiya sədri qeyd edib.

Şərhlər

dadaşyev 2024-04-18 14:01:28

AŞPA bizə nifrətilə nəyimizə lazımdır?Tutaq ki çağırdılar,getdik.Artıq bilmirikmi bizə münasibətləri necədir?Bunu bildiyimiz halda niyə hedək ki təkrar ora?Biz də ona görə də vaxt verməliyik hərgah bizi çağırsalar,deməliyik düşünəcəyik bu barədə,görək Şanxay tərəflərmi yaxşıdı,yoxsa sizin tərəflərmi?Desələr niyə?Deyək təbii ki harada bizə hörmət edildiyini görsək ora meyllənməliyik,ona görə.Yoxsa səni sevəcəyəm sən sevməsən də,məsələsi yoxdu.Məni sevərsənsə gələrəm,sevməzsənsə Be-Be.Bas bayıra yəni.Çörəyim səndən gəlmir,suyum səndən gəlmir.Nə deyib yenə AŞPA-da nifrətli baxışlar altında vaxt keçirməliyəm ki?Şanxay çoxdan bizə də,Türkiyəyə də sevgiylə qucağını açıb gəl-gəl deyir,niyə ora getməyib sənin yanına gəlməliyəm ki?Desələr Şanxayda sizə düşmən olan İran da,Hindistan da var.Deyərik AŞPA-da da bizə qatı düşmən olan Fransa da var,ermənistan da və bir neçə başqaları da.Ona görə dərin düşünüb sonra qərar verəcəyik.Yoxsa sabah yenə kefinə düşdü küsəcəksən bizdən,o biri gün yenə kefinə düşdü yaxınlaşdıracaqsan bizi,olmaz belə.Uşaq oyunu oynayırsınız?Hər şeyin bir qaydası,qanunu yoxdurmu?

Eldeniz 2024-04-18 07:26:13

Bundan qabaqki lider olan Kemal Kilicdaroglu ise ermeni fars sevdalisi idi hetta sonuncu secki kampaniyasi erefesinde heyatinin projesi adlandirdigi cin ipek yolu ticaret layihesinin magistrla ve demir yollarinin Azerbaycandan yan kecerek tam olraraq Iran erazisinden birbasa Turkiye ile birlesmesini ve Zengezur dehlizinin hec vaxt acilmamagini isteyirdi ve butun var gucu ile anti Azerbaycan herekati ile mesgul idi..Indi onun yerine gelen adam Avropa Parlamnetinde Azerbaycani mudafie elemesi ve hetta cagirislar etmesi onu gosterir ki , bundan evvelki lider olan Kilicdaroglu ne qeder yanlis politika yurudubmus ve onun yurutduyu siyasetin sehvini indiki basqan duzeltmeye cehd edir ..Ne deyirik olsun ...Biz Azerbaycan olaraq hemise Turkiyenin yanindayiq onlar da Turkiye olaraq hemise bizim yanimizda olacaqlar buna hec kesin subheei olmasin .Amma Kilicdaroglu ve onunkimi zatlardan dovletciliyimizi qardasligimizi qorumaliyiq ve qoryuruq da ..Yasasin Turkiye Azerbaycan qardasligi ..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol