Ukrayna Rusiya ilə müharibədə məğlub olarsa, Üçüncü Dünya müharibəsi başlayacaq.
“Report” xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denıs Şmıqal BBC-yə müsahibəsində söyləyib.
Şmıqal amerikalı qanunvericilərin Kiyevə 60 milyard dollardan çox vəsaitin ayrılmasını nəzərdə tutan qanun layihəsini qəbul edəcəklərinə (səsvermə aprelin 20-də baş tutacaq – red.) dair ehtiyatlı nikbinliyini bildirib.
“Bizə bu pul dünən lazımdır, sabah yox, bu gün yox”, – Baş nazir vurğulayıb.
“Ukrayna uduzsa... Qlobal, dünya təhlükəsizlik sistemi məhv olacaq və bütün dünya yeni təhlükəsizlik sistemi axtarmalı olacaq. Çoxlu münaqişələr, belə müharibələr olacaq və bu, sonda Üçüncü Dünya müharibəsinə gətirib çıxara bilər”, – Şmıqal əlavə edib.
Xatırladaq ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Üçüncü Dünya müharibəsi ilə bağlı xəbərdarlıq etmişdi.


Şərhlər
Vallah,daha necə qorxutsan da qorxmayacaqlar.Çünki qapanıb ee Ukrayna kitabı,bitib.Yoxdu daha vahid Ukrayna Qərb üçün,üç yerə bölünəsi Ukrayna var.Ona görə də 60 milyard-filan verməyəcəklər.Perestroyka vaxtı SSRİ-ni dağıtmaq üçün milli ədavəti salmaq lazım idi,bunun üçün erməniləri Qarabağ fitnəsiylə necə odnorazovıy şpris kimi kullandılarsa,iki il qabaq da sizləri eləcə kullanmaq istədilər ki Rusiyanı dağıtsınlar,amma başa düşdülər ki mümkün deyil.Görmürsənmi erməni bu gün nə günə düşüb?Biz onlara nə qədər təhlükəsizlik təminatı veririk desək də sonunda könüllü tərk etdilər Qarabağı,güman elədilər ki Makron onları qızıl teştdə bəh-bəhlə təkrar qaytarıb Qarabağa gətirəcək və bu dəfə Qarabağı Kosovo kimi müstəqil bir dövlət edəcək.Amma anlaya bilmədilər ki,bu dəfə rus onları başqa iş üçün şpris kimi kullanıb:Qarabağdan kütləvi halda çıxıb Yerevana doluşaraq Paşinyanı devirməliydilər ki yerinə yenə Köçəryandan-filandan ruspərəst birisi gəlsin,əgər Makron gətirəmməsə onları təkrar Qarabağa rus mütləq gətirəcək şpris olmaqlarının qarşılığında.Amma noldu? Nəticədə Əli aşından da oldular,Vəli aşından da.Tikdik Makronun ağzını.Səməd Vurğun demiş,anam Tomris tikmədimi Keyxosrovun ağzını?Bu da onnan yəni.Son ümidləri sülhməramlılarıydı,onlar da getməyə başlayıblar,vəssalam,bitdi Qarabağ məsələsi.İndi nə qayıda bilirlər,nə də Yerevan ermənilərinin nifrəti altında yaşaya bilirlər.Qərb də sığınacaq vermir onlara pullu olanlarından başqa.Odur ki məcbur olub Rusiyaya doluşurlar.Erməninin gününə düşmək istəmirsinizsə ayılın nəhayət,ağır olsa da Rusiya ilə sülhə gedin,çünki Rusiya ala-ala bütün Ukraynanı alsa da artıq Qərb heç nə deməz.Bir onu deyəcək ki,Lvov təfələri bizə burax,o bizə yetər ki,orada NATO bazaları yaradaq.Vəssalam.Ermənilər kimi sizlər də aldadılmısınız,a bala,Qərbin hiyləgər toruna düşmüsünüz.Milçək torda vız-vız vızıldasa da qurtarammaz canını,siz də o haldasınız,çünki 2014-cü ildən Qərbin küyünə getmisiniz.Bundan sonra dronlarınızın vızıltısı hörümçək torundakı milçəyin vızıltısı kimidir Qərb üçün,isti və rahat kabinetlərində oturub iki qardaş xalqı bir-birinə necə qırdıra bildiklərinə baxıb xısın-xısın gülüşürlər.odur ki ora-buranı partlatmaqla əmələ gəlməz bu işlər.