Menu

Xırdalanda tələbə intihar edib

19.04.2024, 10:25
Xırdalanda tələbə intihar edib

Xırdalanda 21 yaşlı oğlanın evdə asılmış meyiti aşkarlanıb.

APA xəbər verir ki, hadisə Xırdalandakı yaşayış kompleksində qeydə alınıb. 2003-ci il təvəllüdlü Ramil Nəsirovun meyiti kirayə yaşadığı mənzilin eyvanından asılmış vəziyyətdə aşkar edilib. Onun intihar etdiyi ehtimal edilir.

Araşdırma aparılır.

Ramil Nəsirovun Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin 4-cü kurs tələbəsi olduğu bildirilir.

BDU-nun mətbuat xidməti tələbənin ölümü barədə məlumat yayıb.

Bildirilib ki, Şərqşünaslıq fakültəsinin IV kurs tələbəsi Ramil Aqil oğlu Nəsirov vəfat edib. 2020-ci ildə BDU-nun Şərqşünaslıq fakültəsinə Tərcümə (fars dili) ixtisası üzrə qəbul olunmuş Ramil Nəsirov Universitetin təhsil göstəricələrinə görə fərqlənən və ictimai fəallığı ilə seçilən tələbələrindən olub. Daim BDU-nun və fakültənin ictimai həyatında aktiv iştirak edib. 2023-2024-cü tədris ilinin qış imtahan sessiyasında müvəffəq qiymətlər alıb və cari tədris ilində BDU-da təhsilini müvəffəqiyyətlə başa vurması gözlənilirdi.

Şərhlər

dadaşyev 2024-04-19 11:29:43

İntihar edən gəncə qətiyyən oxşamır.Üstəlik qabaqcıl tələbələrdəndi.Burada mütləq nəsə var.Məsələn,"ev sahibindən başqa kimdə varmış görəsən o evin açarı?" tipli ibtidai görünən suallar da məsələnin açılmasına yaraya bilər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol