Menu

“Bunu etməsəniz, ilin sonunadək Kiyev uduzacaq...” – MKİ rəhbəri ABŞ konqresmenlərinə xəbərdarlıq edib

19.04.2024, 12:21
“Bunu etməsəniz, ilin sonunadək Kiyev uduzacaq...” – MKİ rəhbəri ABŞ konqresmenlərinə xəbərdarlıq edib

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns cümə axşamı ABŞ konqresmenlərinə xəbərdarlıq edib ki, onlar Ukraynaya yardımı indi təsdiq etməsələr, Kiyev ilin sonuna qədər müharibəni uduzacaq.

“AzPolitika” xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

C.Buş Prezident Mərkəzində keçirilən tədbirdə çıxış edən Börns Konqresi Ukraynaya milyardlarla hərbi dəstək verəcək əlavə qanunlar qəbul etməyə çağırıb: “Həm praktiki, həm də psixoloji hərbi dəstəklə ukraynalılar 2024-cü il ərzində dayanmaq və Putinin vaxtın onun tərəfində olması barədə təkəbbürlü fikirlərini məhv etmək üçün yaxşı mövqedədirlər”.

“Lakin yardım Konqresdən keçməsə, mənzərə daha pis olacaq", - deyə Börns xəbərdarlıq edib: “Ukraynalıların 2024-cü ilin sonuna qədər döyüş meydanında uduzması riski var. Ya da Putinin siyasi nizamlanma şərtlərini diktə edə biləcəyi vəziyyətin yaranması riski yarana bilər”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol