“Ermənistan Avrasiya İqtisadi İttifaqında (Aİİ) proporsional olaraq ən çox fayda əldə edən ölkədir. Ermənistan iqtisadiyyatının 35%-i təşkilatda iştirak hesabına reallaşır”.
“AzPolitika” Rusiya mətbuatına istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Nazir qeyd edib ki, 2023-cü ildə Ermənistanın ticarət dövriyyəsi 20 milyard dollar təşkil edir və bunun 37%-i Aİİ, 13%-i Aİ, 3%-i ABŞ-ın payına düşür: “Ermənistan kiçik ölkə olmaqla Aİİ-yə digər ölkələrə nisbətən daha az töhfə verir. Ancaq eyni zamanda, qərarlar qəbul edildikdə, səs verəndə Rusiya Federasiyası da daxil olmaqla, hamı ilə tamamilə bərabər hüquqlara malikdir. Ermənistan 1 min kubmetr qaza görə “Qazprom”a 177 dollar verir, Qərbdə bundan iki-üç dəfə artıq pul ödəyirlər. Əgər onlar Ermənistanı öz qazları ilə qızdırmaq istəyirlərsə, onda bilmirəm necə olacaq”.
Lavrov onu da bildirib ki, Ermənistanda atom elektrik stansiyasını bağlayıb modul reaktorlarla əvəz etmək istəyirlər.
“Ümid edirəm ki, ermənilər Metsamor Atom Elektrik Stansiyasında hasil edilən enerjinin əhəmiyyətini anlayırlar. Bütün bu illər ərzində SCR sərnişindaşımalarda güzəştli tariflərlə fəaliyyət göstərir. Ona görə də Rusiya Federasiyası və Avrasiya İqtisadi İttifaqı tərəfindən kiçik Ermənistanın istismarı mənzərəsini yaratmağa çalışanlar bu barədə düşünməlidirlər”, - deyə Lavrov yekunlaşdırıb.
“AzPolitika.info”


Şərhlər