Əməkdar artist Cavanşir Məmmədovla bağlı aprelin 20-də saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
“Saat 12:05-də təcili yardım briqadası çağırış ünvanına cəlb olunub. Ünvanda həkiməqədər ölüm qeydə alınıb”, - məlumatda deyilir.
***
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib.
APA xəbər verir ki, müğənni bu gün dünyasını dəyişib.
Xəbəri APA-ya ailə üzvləri təsdiqləyiblər. Sənətçinin təxminən bu gün saat 11-12 radələrində vəfat etdiyini deyiblər. Ölümün səbəbi hələlik bəlli deyil.


Şərhlər