Menu

Azərbaycanda bu məhsul kəskin UCUZLAŞDI - VİDEO

21.04.2024, 11:19
Azərbaycanda bu məhsul kəskin UCUZLAŞDI - VİDEO

Yumurtanın qiymətində kəskin ucuzlaşma müşahidə edilir.

Satıcılar "Xəzər Xəbər"ə deyiblər ki, ucuzlaşma prosesi təxminən bir neçə gün bundan əvvəl başlayıb və qiymətin enməsi mövsümi xarakter daşıyır.

Hazırda əvvəllər 16-17 qəpiyə satılan yumurtanın bir ədədi mağazalarda 8- 9 qəpiyə satılır.

Bölgələrdə də yumurtanın qiymətində ucuzlaşma müşahidə edilir. Yevlaxda bir müddət əvvəl 30-40 qəpiyə satılan kənd yumurtası hazırda 10-15 qəpiyə təklif edilir. Hazırda bu rayonda yumurta 10 qəpiyə alınır və 15 qəpiyə satılır.

Şəki bazarlarında da əvvəl 35 qəpiyə olan kənd yumurtası hazırda 13-15 qəpiyə satılır.

Satıcılar qiymətin ucuzlaşmasını məhsul bolluğu ilə əlaqələndirirlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Şərhlər

Turan 2024-04-21 15:52:38

Başqa vaxt deyirdilər xaricdən yemi valyutaya alırlar, ona görə də toyuq məhsullarının qiyməti yüksəkdir. İndi nə oldu dollar ucuzlaşıb 2 dəfə ???

dadaşyev 2024-04-21 12:27:02

Qadasın alım toyuqların.O vaxt bizi yumurtalarıyla perestroyka aclığından xilas etdi,indi də inflyasiyaya səbəb olan monopolist məmur acgözlüyündən.Xoruzların şüarı bolşevik şüarı kimidi,"Bütün ölkələin toyuqları,birləşin!".Çünki dünyanı gözəllik yox,yumurta xilas edəcək.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol