Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, qısa müddətdə Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan müxtəlif məsələləri, o cümlədən Rusiya sərhədçilərinin ölkəni tərk etməsini şəxsən müzakirə edə biləcəklər.
Gümrüdə yerləşən 102-ci hərbi baza ilə bağlı sualı cavablandıran Peskov bildirib ki, Rusiya bazasının Ermənistandan çıxarılması ilə bağlı İrəvandan heç bir siqnal yoxdur.
“Biz gözləyirik ki, qısa müddətdə Prezident Putin və Baş nazir Paşinyan bunları və lazım gələrsə, digər aktual məsələləri şəxsən müzakirə etmək imkanı əldə edəcəklər”, – Peskov Rusiya sərhədçi postlarının çıxarılması ilə bağlı bəyanatları şərh edərkən deyib.
Xatırladaq ki, Ermənistan-Rusiya ikitərəfli əməkdaşlığı çərçivəsində 2021-ci ildə Tavuş vilayətində Azərbaycanla sərhəddə Rusiya sərhəd mühafizə postları yerləşdirilib. Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı razılaşma əldə olunduqdan sonra Nikol Paşinyan Rusiya sərhədçilərinin çıxarılacağını, sərhəd xəttində Ermənistan hərbçilərinin dayanacağını bildirib.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər