Deputat Etibar Əliyev həmkarı Elnur Allahverdiyevi Doğum Günü münasibətilə təbrik edib:
Milli Məclisin deputatı Elnur Allahverdiyevi doğum günü münasibətiə təbrik edirəm.
Hər kəs yaşadığı ömürün illərinin hesabatını verəndə ilk öncə ictimai mənafeyə xidmət edən işlərini xatırlayır. Elnur Allahverdiyev ictimai mənafeni şəxsi mənafedən üstün tutan şəxsiyyətdir. Onun yetərincə savadı və böyük nüfuzu var. Dəyərli dostumuzun müəllifi olduğu ideyalar millətimiz üçün faydalıdır və öz bəhrəsini verir.
Elnur müəllimin biliyinin bəhrəsi kimi yaradılan “Qorqud” Vikipediya Metodik Klubu layihəsi Azərbaycan haqqında Açıq ensiklopediyada geniş informasiyaların verilməsinə xidmət edir. Və bu işə gənclərin, könüllülərin cəlb olunması olduqca təqdirəlayiqdir. Bu platforma vasitəsilə dünya, ən müxtəlif xalqlar, ən fərqli dillərdə danışan milyonlarla insan ölkəmiz haqqında informasiyalar alırlar. İnformasiya - biliyin təqdimatıdır. “Heydər Əliyev:100 faktın tarixi” kitabının ideya müəllifləri dövlətçiliyimizə sadiqliyi ilə seçilən deputat həmkarlarımız Elnur Allahverdiyev və Soltan Məmmədovdur.
Elnur Allahverdiyevin ictimai-siyasi fəaliyyəti son dərəcə praqmatik xarakter daşıyır və bu vacib işləri icra edəndə yorulmur. Öyrənməyi və öyrətməyi çox sevir. Atası mərhum Marat Allahverdiyevdən ona zəhmətsevərlik, dürüstlük, vətənpərvərlik kimi dəyərlər miras kimi qalıb. O, deputat kimi hər zaman seçicilərinin yanındadır. Şəhid ailələrinə və qazilərə qayğısı isə ayrıca nümunədir.
Dəyərli həmkarımızın qohum-əqrəbası, yaxınları, dostları onu hər zaman şux, güclü və səmimi görüblər. Bu keyfiyyətlər anadangəlmədir və Elnur müəllimin xarakterinin mühüm cizgiləridir.
Dəyərli dostumuz Elnur Allahverdiyevə sağlam ömür və yorulmaz fəaliyyətində uğurlar arzulayıram...


Şərhlər
Sizi kimi deputatı olan ölkə heç zaman diz çökməz ,ancaq sizlər bu ölkəni diz çökdürərsiz .Seçkilər yaxınlaşır ,görün neynirsiz ,sizsiz darıxarıq