Menu

Rusiya XİN vətəndaşlara THY ilə uçmamağı tövsiyə edib

23.04.2024, 14:35
Rusiya XİN vətəndaşlara THY ilə uçmamağı tövsiyə edib

Rusiya Xarici İşlər Nazirliyi Rusiya vətəndaşlarına Türk Hava Yolları ilə uçmamağı tövsiyə edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə "Brief" teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, XİN Rusiya vətəndaşlarının Latın Amerikası ölkələrinə tranzit uçuşlardan çıxarılması ilə əlaqədar rusiyalılara Türk Hava Yolları ilə uçmamağı tövsiyə edib.

Qeyd olunub ki, son aylarda bir neçə min belə hal baş verib, Rusiya vətəndaşları uçuşa buraxılmayıb. Nəşrin yazdığına görə, Türkiyə tərəfi bunun Latın Amerikası ölkələrində qanunvericiliyin sərtləşdirilməsindən qaynaqlandığını deyir, lakin bununla heç bir əlaqəsi yoxdur.

"Tutaq ki, uşağa pasport almaq üçün xaricə doğuş etməyə gedən böyük qarınlı rusiyalı qadınları təyyarəyə mindirmək istəmirlər. Ancaq bu, heç bir yerdə rəsmi olaraq qeyd olunmur. Başqa görünən səbəblər olmasa da, Rusiya Federasiyasının vətəndaşları Argentina və ya Braziliyaya getmək üçün viza tələb olunmur və 90 günə qədər həmin ölkələrin ərazisində qalmaq mümkündür", deyə "Brief" yazıb.

Şərhlər

dadaşyev 2024-04-23 23:39:58

Məsələ ondadır ki,rus qadınları uşaqlarını Amerika qitəsində doğub uşağın oraların vətəndaşı olması və uşaq hesabına oralardan yaşamaq hüququ,yüksək sosial yardımlar ala bilmək üçün doğuşa son bir ay,ay yarım qalmış Amerikaya uçurlar,bu hiyləgərliyin önünü almaq üçün Amerikadakı bəzi inkişaf etmiş və etməkdə olan ölkələrdə hamilə rus qadınlarını aeroportdanca geri qaytarmaq barədə qərar qəbul etmişlər.THY bilir ki onları geri qaytaracaqlar,ona görə öncədən onları mindirmirlər təyyarəyə.Yaxşılıq edirlər onlara yəni.Rusiya XİN də vətəndaşlarına ona görə deyib ki başqa Hava Yollarıyla gedin,çünki başqa Hava Yolları türklər kimi insaflı deyillər sizə desinlər ki minməyin,pulunuzu boşuna xərcləməyin,onsuz da geri qaytarılacaqsınız.Başqa ölkələrin təyyarələriylə gedin,bəlkə bəxtiniz gətirdi o ölkələrdən sizi qaytarmadılar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol