"Biz cəhənnəmdən keçdik, ancaq bir çox cəhətdən beş il əvvəlkindən daha güclüyük".
“AzPolitika” xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen deyib.
O, növbəti beş il ərzində blokun özəl investisiyalarını artırmaqla irəliləməyə ehtiyacının olduğunu söyləyib.
\.Lyayen “bir sıra tarixi böhranlara baxmayaraq, Aİ iqtisadiyyatının beş il əvvəlkindən daha güclü olduğunu" deyib: “COVID-19 böhranı və Ukraynadakı müharibə, eləcə də Rusiyadakı enerji böhranı dramatik iqtisadi və sosial böhrana çevrilə bilərdi, lakin bu, baş vermədi”.
O, hazırda Avropada məşğulluq səviyyəsinin 75%-dən çox, işsizliyin rekord həddə – 6%-dən az olduğunu və inflyasiyanın cəmi 2%-ə yaxın olduğunu əlavə edib.
“AzPolitika.info”


Şərhlər
Sən bir köhnə qəhbəsən,Cəhənnəmdən gəlmisən,Zəmanəni dolayıb,Barmağına sərmisən.Dərdə dəval fətəndi,Düvə çuval girəndi,Düblü kümah kumuhal,Diyən diyən diyəndi.