Menu

Ölkələrin 2023-cü il üzrə hərbi büdcələri açıqlanıb - Türkiyə 1 pillə irəliləyib (SİYAHI)

24.04.2024, 15:01
Ölkələrin 2023-cü il üzrə hərbi büdcələri açıqlanıb - Türkiyə 1 pillə irəliləyib (SİYAHI)

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu növbəti hesabatını yayımlayıb.

“AzPolitika” xəbər verir ki, bu dəfəki hesabat dünya ölkələrinin 2023-cü il üzrə müdafiəyə ayırdıqları hərbi büdcə məlumatlarını əks etdirib.

Hesabata əsasən, 2023-cü ildə müdafiəyə ən çox büdcə ayıran ilk 5 ölkə - ABŞ, Çin, Rusiya, Hindistan və Səudiyyə Ərəbistanı olub. Qardaş ölkə Türkiyə 2022-ci illə müqayisədə 1 pillə irəliləyib. 15,8 milyard dollarlıq müdafiə büdcəsinə sahib olan Türkiyə 22-ci sırada qərarlaşıb. Türkiyə ÜDM-nin 1,5-ni müdafiəyə ayırıb. NATO-nun ÜDM-in 2%-i olan müdafiə hədəfinə ABŞ, Böyük Britaniya, Fransa, Polşa, Danimarka və Finlandiya nail olub. Dünya üzrə müdafiəyə ayrılan büdcə orta hesabla ÜDM-in 2,3%-ni təşkil edib.

Ötən ilə hərbi büdcələri ən yüksək olan 40 ölkəni təqdim edirik:  

1. ABŞ 916 milyard dollar;

2. Çin 296 milyard dollar;

3. Rusiya 109 milyard dollar;

4. Hindistan 83,6 milyard dollar;

5. Səudiyyə Ərəbistanı 75,8 milyard dollar;

6. Böyük Britaniya 74,9 milyard dollar;

7. Almaniya 66,8 milyard dollar;

8. Ukrayna 64,8 milyard dollar;

9. Fransa 61,3 milyard dollar;

10. Yaponiya 50,2 milyard dollar;

11. Cənubi Koreya 47,9 milyard dollar;

12. İtaliya 35,5 milyard dollar;

13. Avstraliya 32,3 milyard dollar;

14. Polşa 31,6 milyard dollar;

15. İsrail 27,5 milyard dollar;

16. Kanada 27,2 milyard dollar;

17. İspaniya 23,7 milyard dollar

18. Braziliya 22,9 milyard dollar;

19. Əlcəzair 18,3 milyard dollar;

20. Hollandiya 16,6 milyard dollar;

21. Tayvan 16,6 milyard dollar;

22. Türkiyə 15,8 milyard dollar;

23. Sinqapur 13,2 milyard dollar;

24. Meksika 11,8 milyard dollar;

25 Kolumbiya 10,7 milyard dollar;

26. İran 10,3 milyard dollar;

27. İndoneziya 9,5 milyard dollar;

28. İsveç 8,8 milyard dollar;

29. Norveç 8,7 milyard dollar;

30. Pakistan 8,5 milyard dollar;

31. Danimarka milyard dollar;

32. Küveyt 7,8 milyard dollar;

33.Yunanıstan 7,7 milyard dollar;

34. Belçika 7,6 milyard dollar;

35. Finlandiya 7,3 milyard dollar;

36. İsveçrə 6,3 milyard dollar;

37. Oman 5,9 milyard dollar;

38. Tayland 5,8 milyard dollar;

39. Rumıniya 5,6 milyard dollar;

40. Çili 5,5 milyard dollar.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol