Birləşmiş Ştatlar ötən həftələrdə Rusiyaya qarşı müharibədə istifadə etmək üçün Ukraynaya gizli şəkildə uzaqmənzilli ATACMS raketləri göndərib və Ukrayna iki dəfə bu raketlərdən istifadə edib.
“AzPolitika” xəbər verir ki, bunu adının açıqlanmasını istəməyən ABŞ rəsmisi “Reuters”-ə müsahibəsində deyib.
ABŞ rəsmisi bildirib ki, raketlər Co Baydenin martın 12-də təsdiq etdiyi Ukraynaya 300 milyon dollarlıq hərbi yardım paketi çərçivəsində göndərilib. Rəsmi nə qədər raketin göndərildiyini açıqlamayıb.
“Raketlər ilk dəfə aprelin 17-də səhər saatlarında istifadə edilib və Ukrayna cəbhə xəttindən təqribən 165 km aralıda yerləşən Krımdakı Rusiya hava limanını vurub. Ukrayna ikinci dəfə bu silahdan cəbhənin cənub-şərqində Rusiya qüvvələrinə qarşı istifadə edib”,-deyə o bildirib.
Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Cek Sullivan jurnalistlərə açıqlmasında Ukraynaya raket göndərildiyini təsdiqləyib və daha çoxunu göndərəcəklərini bildirib.
O, bəyan edib ki, Kiyev bu silahlardan Rusiya əraizisində deyil, yalnız Ukrayna daxilində istifadə edəcəyinə söz verib.
“AzPolitika.info”


Şərhlər