Roma Papası Fransisk Ukrayna və Qəzza zolağında müharibəyə son qoymaq üçün tərəfləri danışıqlar masasına oturmağa çağırıb.
“AzPolitika” xəbər verir ki, “CBS News”-a verdiyi müsahibədə Roma Papasından Putinə mesajının olub-olmadığını soruşublar.
Papa cavab verib ki, danışıqlar yolu ilə əldə edilən sülh sonsuz müharibədən daha yaxşıdır: "Xahiş edirəm, müharibə vəziyyətində olan ölkələr, müharibəni dayandırın. Danışıqlar axtarın. Sülh axtarın".
O, xatırladıb ki, Rusiyanın Ukraynaya müdaxiləsi ukraynalı uşaqlar üçün dağıdıcı nəticələrə malikdir: "Bu uşaqlar gülümsəməyi bilmirlər. Mən onlara bir şey deyirəm, amma onlar gülümsəməyi unudublar. Bir uşaq gülümsəməyi unudursa, bu, çox ağırdır. Bu, həqiqətən çox ciddidir".
“AzPolitika.info”


Şərhlər
ukraynada uşaqlar gülməyi unudublar yazlrsınız.Amma görmürsünüz ki,Azərbaycanda üzü gülən adam yoxdurşHaml düşüncəli.fikirli,narahatdır,gülmək heç yada düşmür.Əhalinin 98 faizi fikir,normal həyat arzusu ilə gərgin yaşamağa məcbur edilib.