Menu

TDT-nin Baş katibi ÜST-nin Baş direktoru ilə görüşüb

25.04.2024, 23:47
TDT-nin Baş katibi ÜST-nin Baş direktoru ilə görüşüb

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adanom Qebreyesus ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə TDT-nin başçısı sosial şəbəkədə bildirib.

“Bu gün Cenevrədə ÜST-nin baş direktoru Tedros Adanom Qebreyesus ilə məhsuldar müzakirəmizdən məmnunam. Biz qurumlarımız arasında əməkdaşlığı gücləndirmək üçün müxtəlif imkanları nəzərdən keçirdik, Anlaşma Memorandumunun icrasına və əməkdaşlıq üçün əlaqəli yol xəritəsinə diqqət yetirdik. Qlobal sağlamlıq məqsədlərinə doğru birgə səylərə sadiqliyimiz dəyişməz olaraq qalır”, – Ömüralıyev yazıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol