Menu

Ukrayna “Abrams”-ları cəbhədən geri çəkir – Səbəb nədir?

26.04.2024, 10:13
Ukrayna “Abrams”-ları cəbhədən geri çəkir – Səbəb nədir?

Ukrayna Amerikanın “Abrams M1A1” tanklarını cəbhə xəttindən geri çəkir.

“AzPolitika” xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Məlumatda bildirilir ki, tankların geri çəkilməsinin əsas səbəblərindən biri Rusiya işğalçı qoşunlarının PUA-lardan daha aktiv şəkildə istifadə etməsidir.

Qeyd olunur ki, Ukrayna Silahlı Qüvvələri 2023-cü ilin yanvarında ABŞ-dən 31 “Abrams” alıb. Onlar düşmən ordusunun müdafiəsini yarmaq üçün istifadə olunurdu. Lakin bu müddət ərzində döyüş meydanı xeyli dəyişib. Kəşfiyyat və hücum PUA-ları hər yerdə fəal şəkildə istifadə olunmağa başlayıb. Bu da öz növbəsində Ukrayna tanklarının mühafizəsini çətinləşdirib. Agentliyin məlumatına görə, ötən dövrdə 31 tankdan beşi artıq itirilib.

Yüksək rütbəli müdafiə rəsmisinin sözlərinə görə, döyüş meydanında PUA-ların çoxalması “görünmək qorxusu olmadan keçə biləcəyiniz açıq sahə yoxdur” deməkdir. Ona görə də bu hərbi texnika cəbhə xəttindən köçürülüb və onların necə müdafiə olunması barədə məsləhətləşmələr keçirilir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol