Menu

Daha bir yola bitum dağıldı - VİDEO

27.04.2024, 11:04
Daha bir yola bitum dağıldı - VİDEO

Bakının 8 Noyabr prospektində sürücülər üçün təhlükəli vəziyyət yaranıb.

“AzPolitika” "oxu.az"-a istinadən xıbər verir ki, bitum maddəsini daşıyan “KamAZ” markalı avtomobilin yolda təkəri qırılıb və hadisə nəticəsində sözügedən maddə yola dağılıb.

Prospektdə sıxlıq yaranıb. Bundan başqa, avtomobilin qırılan təkəri də yolun ortasında qalıb. Bu da, sürücülər üçün əlavə problem yaradıb.

Qeyd edək ki, sözügedən ərazidə sürücülər üçün xəbərdarlıqla bağlı heç bir nişan qoyulmayıb.

Xatırladaq ki, 6 noyabr tarixində Bakı şəhəri, Nizami rayonu ərazisində, metronun “Koroğlu” stansiyası yaxınlığında yük avtomobilinin aşması nəticəsində yola yanğıntəhlükəli bitum dağılmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol