İsrail ordusu Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərinə hücum etməyə hazırlaşır.
"AzPolitika" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşılan bir videoda işğalçı İsrailin cənubuna xeyli sayda tank və zirehli texnika toplandığı məlum olub.
Məlumata görə, aylardır Qəzzadakı hərbi əməliyyatlarda iştirak edən hava-desant briqadasının iki batalyonu da bu bölgəyə gətirilib.
Qeyd edək ki, Qəzzadakı içğalçı İsrailin qətliamlarından qurtulan təxminən 1,5 milyon fələstinli hazırda Rəfah şəhərində məskunlaşıb. İsrail Baş naziri Benjamin Netanyahu ötən həftələrdə verdiyi açıqlamada Rəfahda hərbi əməliyyatların başlama vaxtının məlum olduğunu desə də, dəqiq tarixi bildirməmişdi.
"AzPolitika.info"


Şərhlər
Özünə müsəlman deyən dövlət başçıları növbəti soyqırıma "sözlə" etiraz etməyə hazır olsunlar