Aprelin 27-nə keçən gecə Rusiya müxtəlif tipli raketlərlə Ukraynaya növbəti raket hücumu həyata keçirib.
“AzPolitika” xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, düşmən ümumilikdə 34 hava, quru və dəniz raketindən istifadə edib:
Tu-95MS strateji aviasiya təyyarəsindən 9 ədəd X-101/X-555 qanadlı raketləri;
9 idarə olunan təyyarə raketləri X-59/X-69;
2 zenit-idarə olunan raket S-300;
2 “İsgəndər-K” qanadlı raketi (Krımdan);
MiQ-31K təyyarəsindən 4 ədəd X-47M2 “Kinjal” aeroballistik raketi (Rusiya Federasiyasının Ryazan və Tambov vilayətlərinin hava məkanından);
Qara dənizdən 8 “Kalibr” qanadlı raketi.
Ukrayna tərəfi bildirir ki, 34 raketdən yalnız 21-ni vurmaq mümkün olub. Rusiya hücumunun əsas hədəfi isə Ukraynanın enerji sektoru olub.
“AzPolitika.info”


Şərhlər