Son rəsmi statistika göstərir ki, Azərbaycanın qeyri-neft ixracında kəskin azalma var.
“AzPolitika” xəbər verir ki. iqtisadçı Natiq Cəfərli öz sosial şəbəkə səhifəsində bunun səbəbini hökumətin iqtisadi komandasının yarıtmaz fəaliyyəti ilə əlaqələndirib: “Hökumətin bacarıqsız iqtisadi komandası özü qurduğu tələyə düşüb – onlar rəqəmlərlə oynamağı, hətta “rəqs etməyi” xoşlayırlar axı, ona görə də, özlərinə sərf edən rəqəm görən kimi onu “uğur hekayəsinə” çevirirlər, sonrakı addımı düşünə bilmirlər.
Bir neçə dəfə publik çıxışlarımda demişdim ki, hökumət statistikanın təsnifatı ilə “oynayaraq” qeyri-neft ixracının rəqəmlərini şişirdir, məsələn, elektrik enerjisi ixracını qeyri-neft ixracı kimi təqdim edir (xatırlayırsınızsa, dəfələrlə demişik ki, dünyada neft və qeyri-neft iqtisadiyyatı anlayışı yoxdur, var resurs və qeyri-resurs iqtisadiyyatı anlayışı).
Keçən il, 2023-cü ilin ilk 3 ayında (yanvar-mart) hökumət rəsmi rəqəmlərlə elan etdi ki, ölkənin qeyri-neft ixracı 831 mln. dollar olub, bu ilin, yəni 2024-cü ilin eyni dövründə isə qeyri-neft ixracı cəmi 608 mln. dollar təşkil edib – eyni dövrlə müqaisədə 223 mln. dollarlıq ciddi bir azalma var. Tələ dediyim də məhz budur – indi çıxıb necə desinlər ki, biz elektrik enerjisinin satışını sevincək olub qeyri-neft məhsulu kimi təsnifata saldıq, 2023-cü ilin ilk 3 ayında 281 mln. dollarlıq elektrik enerjisi ixrac etmişdik, amma bu ilin ilk 3 ayında isə cəmi 40 mln. dollarlıq elektrik enerjisi ixrac edilib – 241 mln. dollarlıq azalma var.
İndi bacarıqsız iqtisadi komanda necə desin ki, bəh-bəhlə təqdim etdikləri qeyri-neft sektorunun ixracı azalıb, yaxşı, bunu da keçdim, bəs kimsə çıxıb elektrik enerjisi istehsalı və ixracının nədən kəskin azaldığını izah edəcəkmi?! Heç biri olmayacaq, çünki nə deməyə sözləri, nə də vətəndaşa nəsə izah etməyə ehtiyacları var...”
“AzPolitika.info”


Şərhlər
Axsaq ulağın kpr nalbəndi olar.Bu hakimiyyətin də belə iqtisadçıları varBurada şübhəli nə var ki?
Düşüb düşübdə sən niyə narahat olursan
Natiq muellim biz sizi anlayiriq. Iqtisadi korpusda onemli olan savad deyil, onemli olan hansi sirketden teyinat almisan kim sene arxa durub hansi klana yaxinsan ve kimlere daha yaxsi yaltaqlana bilirsen. Savad ehemiyyetli deyil. Qalin daban ayaqqabi da geyinib hundurboylu gorunmek mumkundur. Iqtisadiyyatdan anlamaq ucun iqtisadi savada malik olmaq ve vetenperver olmaq lazimdir. Kiminse dirnaqarasi dostu yaxud refiqesi olmaq yox! Natiq muellim biz sizin savada beledik!