“Rusiya işğalçıları Donetsk vilayətinin Oçeretino kəndi yaxınlığında möhkəmlənmək üçün böyük qüvvə sərf edirlər. Bu ərazidə bir Ukrayna briqadasına qarşı dörd rus briqadası atılıb”.
“AzPolitika” xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Pavel Narojnı “Radio NV” telekanalına açıqlamasında deyib.
O, Ukrayna Silahlı Qüvvələrinin Oçeretino kəndi yaxınlığında niyə geri çəkilməli olduğunu izah edib: “Oraya təzə briqada gəlmişdi. Bu briqada hələ cəbhənin özünün cavabdeh olduğu hissəsini yaxşı tanımırdı və digər briqadalarla müqayisədə zəif idi”.
Bununla yanaşı, Narojnı əmindir ki, cəbhənin müəyyən sektorlarında, ilk növbədə, Donetskdə düşmənin strateji deyil, taktiki irəliləməsi olacaq.
Ekspert deyib ki, Rusiya Ukraynanın hazırkı zəifliyindən istifadə edir və Ukrayna ordusuna ABŞ-nin hərbi yardımı çatana qədər Rusiya öz üstünlüyündən istifadə edəcək: "Çasov Yara təzyiq davam edir, lakin orada düşmən üçün daha çətindir. Çasov Yar hündürlükdədir və orada daha güclü istehkamlar var".
“AzPolitika.info”


Şərhlər