Menu

İŞİD başçısının arvadı ilə bağlı yeni xəbər

04.12.2014, 13:38

bagdadi isid isis"Əl Duleymi ilə Bağdadinin toyu 6 il öncə olub"

İŞİD lideri Bağdadinin tutulduğu iddia edilən həyat yoldaşı ilə bağlı təfərrüatlar bəlli olub. ANS PRESS-in məlumatına görə, Livanın daxili işlər naziri Nihat əl Maşnuk Suriya-Livan sərhəddində saxlanılan Saca əl Duleyminin İŞİD lideri Əbubəkir əl Bağdadinin keçmiş arvadı olduğunu deyib.

"Əl Duleymi üç dəfə evlənib və Bağdadi onun ikinci əri olub. Onların toyu 6 il öncə olub və evlilik 3 ay davam edib".

İddialara görə, hazırda Bağdadiin iki arvadı var və onlardan heç birinin adı Saca əl Duleymi deyil.

Əl Duleymi mart ayında "Əl Qaidə" ilə bağlantısı olan qrupların qaçırdığı13 rahibənin əvəzində həbsdən azad edilən 150 qadından biri olub.

Qeyd edək ki, daha öncə 8 yaşlı qız uşağı ilə birlikdə saxta sənədlə yaxanalal qadının Bağdadinin həyat yoldaşı olması barədə xəbərlər yayılmışdı. Daha sonra isə onun İraqda saxlanılan terrorçu Ömər Əbdülhəmid əl Dulaiminin bacısı olduğu üzə çıxıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol