Aprelin 29-da Rusiya Odessaya növbəti raket zərbəsi endirib.
“AzPolitika” xəbər verir ki, aprelin 30-u səhər saatlarına olan məlumata görə, 23 mülki şəxs xəstəxanalara yerləşdirilib. Onlardan səkkizinin vəziyyəti ağır, dördünün vəziyyəti isə çox ağırdır. Bundan əlavə, artıq beş nəfərin öldüyü məlumdur.
Ukrayna tərəfinin məlumatına görə, ruslar Odessa Hüquq Akademiyası"nın Tələbələr Sarayını hədəf alıblar və bunun üçün kaset başlıqlı “İsgəndər-M” raketindən istifadə ediblər.
Qeyd olunur ki, ərazidə heç bir hərbi obyekt yoxdur və insanlar dəniz sahilində yerləşən bu ərazidən gəzinti üçün istifadə ediblər. Ona görə ölən və yaralananların hamısı mülki şəxslərdir.
“AzPolitika.info”
Російська армія завдала ракетного удару по Одесі. Відомо про вісім постраждалих та пожежу в палаці студентів Національного університету "Одеська юридична академія".
Відео з місцевих телеграм-каналів pic.twitter.com/CUtzBUbqZa

Şərhlər