Menu

Azərbaycan kürüsü BU QİYMƏTƏ satılır - VİDEO

30.04.2024, 20:32
Azərbaycan kürüsü BU QİYMƏTƏ satılır - VİDEO

Balıq kürüsü bir zamanlar süfrələrin adi menyusu idi. İndi isə bahalı delikates sayılır.

Belə ki, nərə balığının kürüsü insan sağlamlığı üçün əvəzsiz qidadır. Faydası çox olduğundan qiyməti də yüksəkdir.

Hazırda bir kiloqramı 1800-2000 dollara təklif edilir.

Azərbaycan isə dünyanın ən bahalı kürüsündən gəlir əldə edən ölkələrdəndir. Bunun üçün nərə balıqları xüsusi təsərrüfatlarda yetişdirilir.

“İTV Xəbər” Neftçaladakı balıq təsərrüfatından videoreportaj hazırlayıb.

Ətraflı videoda:

Şərhlər

ƏNHU 2024-04-30 23:23:53

Əgər bu dəqiqə zavodunuz yerin dibinə batsa millətin heç vecinə
də olmaz, Çünki onun bir parçası kimi görünmürsünüz.Xalq üçün yox, bir ovuc yoluq elita üçün işləyirsiniz, Onların əmrinə itaət edir, onlara yaltaqlanır, onların uşaqlarını yedirib-tumarlayırsınız. Məhsullarınız od qiymətindən də bahadır və millıət üçün nəzərdə tutulmayıb. İndiyə qədər kürü dediyinizi bir şəhid anasının, bir qazi balasının dilinə dəyməyib. Yalandan özünüzü tərifləməyin, sizin iqtisadiyyatla da heç bir əlaqəniz yoxdur. Əgər sıravi işçilərindən birİ çaşıb istehsal etdiyi kürünün dadına baxmaq istəsə yəqin ki, rəhbərlik onu boğub öldürər. Sizin kimi ərəb, italyan aşiqlərinin ucbatından Azərbaycanda biznes ən eybəcər şəkil aldı. Yaxşı olan heç nə xalqa yön görülmədi.Xaricə baha qiymətə satıldı. Sizdə insaf deyilən şey yoxdur. Bilirsinizmi niyə? Çünki o sizlik deyil. Gözümüzün qabağından çəkilin.




Rasim Quliyev 2024-04-30 22:24:23

Bunu deyib kasıbın hissləri ilə niyə oynayırsız

Watchman 2024-04-30 21:42:50

Sadə xalqın ömrü boyu dada bilmədiyi və heç vaxt dadmayacağı sərvəti...

Vaqif 2024-04-30 21:15:59

Kürünw kimlər bahalaşdıırıb insanlara 'əl çatmaz etdi. Axı bu Azərbaycanın Xəzərində yetişir. Bu hakimiyyət niyə azərbaycan-türkünün qəsdinə durub?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol