Özünü Qərbpərəst kimi təqdim edən Ermənistan hakimiyyəti Rusiyanın dominantlıq etdiyi KTMT hərbi bloku ilə münasibətlərinə heç cür məntiqi izah verə bilmir. Bir yandan bu hərbi qurumun “işlək olmadığını” iddia edir, onun tədbirlərində iştirak etmir, digər yandan isə həmin “işlək olmayan” təşkilatdan birdəfəlik çıxmağı nədənsə düşünmür.
“AzPolitika” xəbər verir ki, “Al-Jazeera” kanalına açıqlama verən Ermənistan XİN başçısı Ararat Mirzoyan rəsmi İrəvanın KTMT ilə bağlı “siyasətini” şərh edib: “Biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüyük, onun missiyası üzv dövlətlərin suveren ərazilərini və sərhədlərini qorumaqdır. Lakin bu müdaxilələr baş verəndə üzvü olduğumuz qurumdan düzgün addım görmədik. Onu da yadda saxlamalıyıq ki, KTMT hərbi-siyasi ittifaqdır və artıq qeyd etdiyim kimi, üzv ölkələrin sərhədlərini qorumaq üçün nəzərdə tutulub. Düzgün cavabın olmaması Ermənistan cəmiyyətində suallar yaradıb və biz işləməyən mexanizmin bir hissəsi olmaq istəmirik. Biz hələ də KTMT-nin üzvüyük, lakin çalışmalıyıq ki, müəyyən edilmiş bütün mexanizmlər işləsin və buna ehtiyac var”.
“AzPolitika.info”


Şərhlər
Burada təəccüblü bir şey yoxdur, necə deyərlər erməni öz ampluasındadır...yalan, şantaj, kiminsə qoltuğuna girmək və s. ..