Menu

Tovuz Dövlət Sosial-İqtisadi Kollecinə yeni direktor təyin olundu

02.05.2024, 11:55
Tovuz Dövlət Sosial-İqtisadi Kollecinə yeni direktor təyin olundu

Tovuz Dövlət Sosial-İqtisadi Kollecinə yeni direktor təyin olunub.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktorunun müvafiq əmri ilə Hicran Əyyubova kollecin direktoru vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, H.Əyyubova Azərbaycan Dillər Universitetində bakalavriat, Gəncə Dövlət Universitetində isə magistratura səviyyəsi üzrə təhsil alıb. O, 2006-2022-ci illərdə İ.Şıxlı adına Qazax rayonu Kosalar kənd tam orta məktəbində müəllim, 16.12.2022-ci il tarixindən isə Qazax şəhər Q.Hacımahmudova adına ümumi orta məktəbində direktor vəzifəsində çalışıb. İngilis, fransız, türk dillərini bilir.

Şərhlər

Watchman 2024-05-02 14:54:46

Məktəb, kollec və litseylərdə 99.9% direktorlar qadınlardır.

Tovuzlu 2024-05-02 13:27:19

Belə xanımı da təyin etməyib nə etməliditlər ki?Adam bir sürü idarəçilik dərsi keçib

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol